Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyada yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.
İlkin məlumata görə, hadisə Xabarovsk diyarında, təyyarə eniş edərkən baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub.
Qəza zamanı 1 uşağın sağ qaldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.