Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın Vladivostok şəhərində A319 sərnişin təyyarəsi qəza enişi edib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Fövqəladə Hallar Nazirliyinin regional saytına istinadən xəbər verib.
Məlumata görə, Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçan təyyarə səmada olarkən yanğın siqnalizasiyası işə düşüb. Lakin göyərtədə təhlükəli yük olmayıb.
Hadisə vaxtı təyyarənin göyərtəsində 100 sərnişin və 6 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Sərnişinlərin hamısı təyyarəni tərk edərək, digər təyyarə ilə Vladivostok-Petropavlovsk-Kamçatsk istiqamətində uçublar. Məlumatda həmçinin bildirilir ki, hazırda Vladivostok hava limanı öz işini davam etdirir.