Rusiyada sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2

Rusiyada sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2 Yaralıların hamısı Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb
Digər ölkələr
2 İyul , 2017 07:50
Rusiyada sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB-2

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyada "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. 

"Yol qəzasında ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb" - deyə müsahib bildirib.

Qeyd edək ki, hadisə Tatarıstanda, Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Avtomobillər yerli vaxtla saat 01:17-də söndürülüb. 


***04:54

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyada baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Tatarıstanda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb.


***04:39

Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Tatarıstanda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, "KaMAZ" markalı yük avtomobili ilə "Neoplan" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə Zainsk şəhərindən 9 kilometr məsafədə baş verib. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra yanmağa başlayıb. Avtomobillər yerli vaxtla saat 01:17-də söndürülüb. 

Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilir. Yaralıların hamısı Zainsk rayonunun mərkəzi xəstəxanasına çatdırılıb.

"TASS" agentliyi də hadisə zamanı ölənlərin sayının 10-a çatdığını xəbər verib. Hadisə yerində təhqiqat qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi