Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: - 15 yaralı

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: - 15 yaralı Avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır
Digər ölkələr
30 Oktyabr , 2016 10:47
Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: - 15 yaralı

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.

"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var" – deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır. 

Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.

Son xəbərlər

Orphus sistemi