Yuxarı

Rusiyada Qərbin sanksiyalarının zərəri hesablanıb

Sanksiyaların iki il ərzində Rusiya maliyyə sektoruna vurduğu ziyan 250 milyard dollar təşkil edib

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyaya qarşı Qərbin sanksiyalarının iki il ərzində Rusiya maliyyə sektoruna vurduğu ziyan 250 milyard dollar təşkil edib.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin müşaviri Sergey Qlazyev məlumat verib.

"Qərb ölkələri tərəfindən məhdudiyyətlərin tətbiqindən sonra rusiyalı borcalanlar təxminən 200 milyard dollar qaytarmalı olub", - deyə o bildirib.

Xatırladaq ki, Aİ-yə üzv ölkələr, ABŞ, Yaponiya, Avstraliya və Kanada da daxil olmaqla, bir sıra ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. Məhdudiyyətlər bank, neft və müdafiə sektorlarına toxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi