Rusiyada qatar məktəb avtobusu ilə toqquşub, ölənlər var

Rusiyada qatar məktəb avtobusu ilə toqquşub, ölənlər var Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır
Digər ölkələr
14 Aprel , 2017 14:27
Rusiyada qatar məktəb avtobusu ilə toqquşub, ölənlər var

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Omsk vilayətinin Novovarşavski rayonunda dəmiryol keçidində yük qatarı məktəb mikroavtobusu ilə toqquşub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Agentliyin Fövqəladə Hallar Naziriliyindəki mənbəyinin verdiyi məlumata görə, mikroavtobusda 10 uşaq olub. Uşaqlardan biri orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölənlər isə avtobusun sürücüsü və uşaqları müşayiət edən şəxs olub.

Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi