Moskva Şəhər Məhkəməsi qapalı iclasında Polşa vətəndaşı Marian Radzayevskini casusluq ittihamı ilə 14 il ciddi rejimli həbs düşərgəsinə məhkum edib.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzindən verilən açıqlamaya görə, müttəhim “S-300” raket sisteminin məxfi parçalarını Polşaya aparılmasını təşkil etməyə cəhd göstərərkən cinayət başında yaxalanıb.