Yuxarı

Rusiyada polislə silahlı şəxslər arasında insident baş verib

Dağıstanda polisə atəş açan iki silahlı öldürülüb

Bakı. 13 may. REPORT.AZ/ Dağıstanda iki nəfərin ölümü ilə nəticələnmiş silahlı insident baş verib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "İnterfaks" xəbər agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Buynaksk rayonunun Talqi kəndi yaxınlığında qeydə alınıb. Belə ki, polis əməkdaşları avtomobillərdən birini saxlayaraq sürücünün sənədlərini yoxlamaq istəyiblər.

Lakin o, polisin tələbinə məhəl qoymayıb. Üstəlik, avtomobildəki digər şəxs asayiş keşikçilərinə atəş açıb.

Polisin cavab atəşi ilə hər iki şəxs öldürülüb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı silahlı qarşıdurma zamanı polis əməkdaşlarının xəsarət almadığını bildirib.

Öldürülən şəxslərin kimliyi barədə açıqlama verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi