Rusiyada işsiz şəxs papirosla təmin olunmayacağı təqdirdə xəstəxananı partladacağı ilə təhdid edib

Rusiyada işsiz şəxs papirosla təmin olunmayacağı təqdirdə xəstəxananı partladacağı ilə təhdid edib İlovlya qəsəbəsinin 39 yaşlı sakini həbs edilib
Digər ölkələr
3 Mart , 2017 22:36
Rusiyada işsiz şəxs papirosla təmin olunmayacağı təqdirdə xəstəxananı partladacağı ilə təhdid edib

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyada işsiz şəxs papirosla təmin olunmayacağı təqdirdə xəstəxananı partladacağı ilə təhdid edib.

"Report" xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Məlumata görə, hadisə Volqoqrad vilayətində baş verib. Sakinlərdən biri xəstəxanaya zəng edərək 1 saat ərzində papirosla təmin edilməyəcəyi təqdirdə tibb müəssisəsinin binasını partladacağını bildirib.

Xəstəxanaya gəlmiş operativ təhqiqat qrupu 30 işçini, habelə xəstələri təxliyə edərək binada axtarış aparıb. Lakin onlar binada partladıcı maddə aşkar etməyiblər.

Polis əməkdaşları xəstəxanaya zəng etmiş şəxsin kimliyini yarım saat ərzində müəyyənləşdirərək onu həbs ediblər. Bu, İlovlya qəsəbəsinin 39 yaşlı izşiz sakinidir. O, əvvəllər qarətçiliyə görə həbs edilib.

Saxlanılan şəxs təqsirini etiraf edib. Faktla əlaqədar cinayət işi başlayıb.

Son xəbərlər

Orphus sistemi