Rusiyada oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Rusiyada oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb Polis adı hələlik açıqlanmayan 24 yaşlı azərbaycanlını saxlayıb
Digər ölkələr
12 Yanvar , 2017 22:54
Rusiyada oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin Odinçovsk rayonunun Volkovo kənd sakininin evindən oğurluq etməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 10-da, növbətçi hissəyə Moskva sakinindən onun mənzilindən oğurluq edilməsi barədə ərizə daxil olub. Qadın naməlum şəxsin onun Volkovo kəndindəki evinə daxil olaraq oğurluq etdiyini bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları adı hələlik açıqlanmayan 24 yaşlı azərbaycanlını saxlayıblar. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsi üzrə cinayət işi açılıb. Bu maddəylə nəzərdə tutulmuş azadlıqdan məhrumedilmə müddəti 6 ildir.

Məlumatda bildirilir ki, şikayətçiyə 9 min rus rubli miqdarında zərər dəyib. 

Son xəbərlər

Orphus sistemi