Rusiyada meşə yanğını nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Rusiyada meşə yanğını nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb Daha 2 nəfər itkin düşmüş sayılır
Digər ölkələr
16 Aprel , 2015 19:37
Rusiyada meşə yanğını nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın Xakasiya Respublikasında tüğyan edən meşə yanğını nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, daha 2 nəfər itkin düşmüş sayılır. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bundan öncə ölənlərin sayının 29 nəfər olduğu bildirilirdi. 

Son məlumata görə, yanğından sonra Xakasiyanın xəstəxanalarına 1072 nəfər müraciət edib, onlardan 53 müalicə üçün xəstəxanaya yerləşdirilib.

Xakasiyanın səhiyyə naziri Vladimir Tirovun sözlərinə görə, respublikanın tibb işçiləri gücləndirilmış iş rejimində işləyir: "Bir neçə yaralıların vəziyyəti ağırdı. Onları xilas etmək üçün əlimizdən gələni edirik".

Xatırladaq ki, yanğına səbəb aprelin 12-də baş vermiş güclü külək olub. Təbii fəlakət nəticəsində 33 yaşayış məntəqəsi ərazisində 1328 şəxsi ev ziyan çəkib, 4694 nəfər evsiz-eşiksiz qalıb.

Son xəbərlər

Orphus sistemi