Rusiyada kütləvi dava baş verib: xəsarət alanlar var

Rusiyada kütləvi dava baş verib: xəsarət alanlar var Operativ təhqiqat qrupu hadisə yerində təhqiqat aparır
Digər ölkələr
5 Yanvar , 2017 02:26
Rusiyada kütləvi dava baş verib: xəsarət alanlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində kütləvi dava baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, bir neçə nəfər spirtli içki qəbul etdikdən sonra paytaxtın Boyçovıy küçəsində dalaşıblar. Dava zamanı 3 nəfər bıçaq xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, hadisənin səbəbkarlarından biri bıçaq zərbəsi almış yaralıdır.

Operativ təhqiqat qrupu hadisə yerində təhqiqat aparır. 

Son xəbərlər

Orphus sistemi