Rusiyada iki polis güllələnərək öldürülüb

Rusiyada iki polis güllələnərək öldürülüb Hadisə onlar yol qəzasını rəsmiləşdirərkən baş verib
Digər ölkələr
4 Aprel , 2017 04:45
Rusiyada iki polis güllələnərək öldürülüb

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayətində polis əməkdaşları atəşə tutulub. Nəticədə iki polis aldığı yaralardan ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları yol qəzasını rəsmiləşdirmək üçün hadisə yerinə gəliblər. Lakin onlar sənədləri dolduran zaman qayda pozucuları silah çıxardaraq polisləri güllələyiblər.

Hazırda 4 şübhəli şəxsin gizlənə bildiyi ehtimal edilən bir "Qazel" markalı maşın hüquq mühafizəçiləri tərəfindən axtarılır.

İlkin məlumata görə, öldürülənlər leytenant və baş leytenant olublar.

Son xəbərlər

Orphus sistemi