Rusiyada içində 72 sərnişinin olduğu təyyarə təcili eniş edib

Rusiyada içində 72 sərnişinin olduğu təyyarə təcili eniş edib Hadisənin səbəbləri araşdırılır
Digər ölkələr
10 Sentyabr , 2017 09:55
Rusiyada içində 72 sərnişinin olduğu təyyarə təcili eniş edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın Saratov şəhərində göyərtəsində 72 sərnişinin olduğu An-148 təyyarəsi qəza tənzimləyicisinin işə düşməsi ilə əlaqədar təcili eniş edib.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" regionun fövqəladə xidmətlərindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Kirovdan Simferopola uçan təyyarənin tənzimləyicisi mühərrikin işləmədiyini göstərib.

Mənbənin sözlərinə görə, sərnişinlər nəzərdə tutulmuş məntəqəyə başqa reyslə çatdırılacaqlar.

Hadisənin səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi