Bakı. 9 avqust. REPORT.AZ/ Moskva vilayətində yerləşən İstrinski su anbarı üzərində ötən axşam hidroplan ilə “Robinson 44” tipli helikopter toqquşub.
"Report"un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı iki nəfərin öldüyü təsdiqlənib. Ancaq bu rəqəmin 8-9 nəfərə çatacağı istisna deyil.
Dalğıc-xilasediciləri hazırda meyitlərin axtarışı aparır. Nəqliyyat vasitələrinin qalıqları 13 metrə dərinlikdə biri-birilərindən beş metrə aralıda dağılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Şahidlərin sözlərinə görə, insidentə hidroplan pilotunun təhlükəli manyovları səbəb olub.