Bakı. 13 iyul. REPORT.AZ/ Rusiyada hərbi hissənin kazarmasının uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya
Nazirliyin məlumatına görə, dağıntılar altında qalan 42 hərbçinin hamısı çıxarılıb. Onlardan 23-ü ölüb.
*** 12:06
Rusiyanın Omsk vilayətində hərbi hissənin kazarmasının uçması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Rusiya
Nazirlikdən bildirilib ki, dağıntılar altından çıxarılan 39 nəfərdən 20-si dünyasını dəyişib.
Yaralılardan 10-u təyyarəylə Omskdan Moskvaya göndərilib.
*** 11:34
Rusiyanın Omsk vilayətində hərbi hissənin uçan kazarmasının dağıntıları altında qalan 5 hərbçinin axtarışı davam etdirilir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya
Onun sözlərinə görə, təlim mərkəzinin şəxsi heyəti yoxlanıb: "5 hərbçinin axtarışı aparılır. Kazarmanın 4,3 və 2-ci mərtəbələrindəki uçqun yeri tamamilə axtarılıb. Həmin mərtəbələrdə hərbçi aşkarlanmayıb".
*** 11:13
Rusiyanın Omsk vilayətində hərbi hissənin dördmərtəbəli kazarmanın uçması nəticəsində həlak olan hərbçilərin sayı 18-ə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya
Onun sözlərinə görə, dağıntılar altından 37 hərbçi çıxarılıb: "Onlardan 18-i ölüb, 19 hərbçi isə tibbi müəssisəyə yerləşdirilib".
*** 08:14
Rusiyanın Omsk şəhərində hərbi kazarmanın uçması nəticəsində on nəfər ölüb.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti dağıntılar altında qalıb və xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı kazarmada ümumilikdə 337 nəfərin olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.