Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var "Helikopterdə olanlardan 3-ü ekipaj üzvü, 13 nəfəri sərnişindir"
Digər ölkələr
15 Avqust , 2015 17:17
Rusiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın Xabarovsk vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, qəza nəticəsində 6 nəfər həlak olub.

"Mi-8"in ekipaj komandiri aviaşirkətlə əlaqə saxlayaraq, helikopterin Oxot dənizinə düşməsi barədə xəbər verib.

"Göyərtədə olan 16 nəfərdən 10 nəfəri xilas edilib, onlar sahilə çıxa biliblər. Komandirin sözlərinə görə, helikopter dənizdə batıb. 6 nəfərin taleyi məlum deyil", - aviaşirkətdən bildirilib. 

Qeyd edək ki, qəzaya uğrayan "Mi-8" helikopterində olanlardan 3-ü ekipaj üzvü, 13 nəfəri sərnişindir. İlkin ehtimala görə, 3 nəfər ekipaj üzvü və 7 nəfər sərnişin xilas olub. 

Son xəbərlər

Orphus sistemi