Yuxarı

Rusiyada həbsdə olan ukraynalı pilot şəhər xəstəxanasına köçürülür

Savçenko yeməkdən imtina etdiyinə görə səhhəti kəskin pisləşib

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenko aprelin 28-də xəstəxanaya köçürüləcək.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, bunu Savçenkonun vəkili Mark Feigin öz Twitter səhifəsində yazıb.

O, istintaq təcridxanasında Savçenkoya baş çəkdiyini və qadın-pilotun 20 saylı şəhər xəstəxanasına götürüləcəyini bildirib.

Rusiya Penitensiar Xidmətinin sözçüsü Kristina Belousova da xəbəri təstiqləyib.

Onun sözlərinə görə, Savçenko yeməkdən imtina etdiyinə görə səhəti kəskin pisləşib.

Xatırladaq ki, Ukraynalı pilot Ukraynanın şərqində gedən döyüşlərdə 2 Rusiya vətəndaşının qətlində ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi