Rusiyada 4 nəfəri öldürən, 2 nəfəri yaralayan FHN-in keçmiş əməkdaşı zərərsizləşdirilib - YENİLƏNİB

Rusiyada 4 nəfəri öldürən, 2 nəfəri yaralayan FHN-in keçmiş əməkdaşı zərərsizləşdirilib - YENİLƏNİB Atışma zamanı xüsusi təyinatlı polis dəstəsinin 1 əməkdaşı da yaralanıb
Digər ölkələr
11 İyun , 2017 01:22
Rusiyada 4 nəfəri öldürən, 2 nəfəri yaralayan FHN-in keçmiş əməkdaşı zərərsizləşdirilib - YENİLƏNİB
Foto: "RİA Novosti"

Bakı. 11 iyun. REPORT.AZ/ Moskva ətrafındakı Kratovo qəsəbəsində insanlara atəş açaraq 4 nəfəri öldürən, daha 2 nəfəri yaralayan silahlı cinayətkar zərərsizləşdirilib.  

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi İrina Volka istinadən xəbər verib.

DİN rəsmisi bildirib ki, cinayətkarın gizləndiyi yer Daxili İşlər Nazirliyinin Rusiya Qvardiyası ilə birgə keçirdiyi əməliyyat zamanı müəyyənləşdirilib. O, hüquq-mühafizə orqanlarına ciddi müqavimət göstərib və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.



***00:01

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Kratovo qəsəbəsində atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Tatyana Petrovaya istinadən verdiyi məlumata görə, insident zamanı 4 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva vilayəti üzrə mətbuat xidmətindən bildirilib ki, Kratovo qəsəbəsinin sakini evindən ov tüfəngi ilə ətrafdan keçənlərə atəş açıb. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, Rusiya Qvardiyasının əsgərləri və polis əməkdaşları evə hücum ediblər.

Agentliyin verdiyi digər məlumata görə, cinayətkar Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı İroq Zenkovdur. Başqa bir məlumatda isə atışma zamanı xüsusi təyinatlı polis dəstəsinin 1 əməkdaşının da yaralandığı qeyd edilir. Cinayətkarın evi tamamilə yanıb.

Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi, o cümlədən "iki və daha çox insanın ölümü", "hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd maddə"ləri üzrə cinayət işi açılıb.  

Son xəbərlər

Orphus sistemi