Rusiyada dörd nəfər yol qəzasında ölüb

Rusiyada dörd nəfər yol qəzasında ölüb Rusiyanın Tümen şəhəri ərazisində çöl donuzu ağır yol qəzasına səbəb olub.
Digər ölkələr
429
22 Sentyabr , 2020 00:28
Rusiyada dörd nəfər yol qəzasında ölüb

Rusiyanın Tümen şəhəri ərazisində çöl donuzu ağır yol qəzasına səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Kurqan-Tümen yolunun 141-ci km-də qeydə alınıb.

Qəza “Mitsubishi” və “Lada” markalı avtomobillərinin iştirakı ilə baş verib.

Yol polisinin ilkin məlumatlarına görə, sürücülərdən biri çöl donuzunu vurmamaq üçün qarşı zolağa çıxıb və nəticədə yol qəzası baş verib.

Ölənlərin hamısı “Lada” markalı avtomobildə olub. Digər sürücü xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi