​Rusiyada daş kömür mədənində yanğın olub

​Rusiyada daş kömür mədənində yanğın olub 440 metr dərinliyində plana uyğun olaraq, partlayışa hazırlıq görülürmüş
Digər ölkələr
17 Yanvar , 2015 10:13
​Rusiyada daş kömür mədənində yanğın olub

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiyanın Sverdlovsk vilayətinin "Yujnaya" daş kömür mədənində baş verən yanğın nəticəsində bir nəfər ölüb.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Ural regional Mərkəzi məlumat yayıb.

Məlumata görə, 440 metr dərinliyində plana uyğun olaraq, partlayışa hazırlıq görülürmüş. Bakı vaxtı ilə səhər tezdən yanğın baş verib.

89 nəfər şaxtadan çıxarılıb.

Bir müddət öncə şaxtada 3 nəfərin qaldığı haqda xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi