Rusiyada bir gündə 168 nəfər koronavirusdan ölüb

Rusiyada bir gündə 168 nəfər koronavirusdan ölüb Rusiyada son sutka ərzində 6 632 yeni koronavirusa yoluxma halı qeydə alınıb
Digər ölkələr
4 İyul , 2020 13:01
Rusiyada bir gündə 168 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 6 632 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 674 515 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində 168 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 027 nəfərə çatıb.

Xüsusilə, Sankt-Peterburqda 31, Moskvada 25, Krasnoyarsk diyarında 18 nəfər öldü.

Rusiyada son sutka ərzində 8 986 nəfər xəstəxanadan evə buraxılıb, ümumilikdə isə 446 879 nəfər koronavirusdan sağalıb.

Son xəbərlər

Orphus sistemi