Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyada bir ailənin 4 üzvü yanğında həlak olub.
"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə İrkutsk vilayətində, Ust-Ordınsk qəsəbəsində, yerli vaxtla saat 03:50-də baş verib. Belə ki, hadisənin baş verdiyi əraziyə gələn yanğnsöndürənlər 45 yaşlı kişinin, 40 yaşlı qadının və onların 17 yaşlı qızının, habelə 7 yaşlı oğlunun cəsədlərini aşkarlayıblar.
Hadisə yerində həmçinin 2 nəfər – 16 yaşlı və 7 aylıq qız xilas edilib.
Faktla bağlı təhqiqat aparılır.