Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşıb

Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşıb Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyada 2018-ci ilin 1 yanvarından 5-ci dərəcəli avtomobil benzini və dizel yanacağının aksiz (çox işlənən malların üzərinə qoyulan vergi) payları bahalaşıb.
Digər ölkələr
2 Yanvar , 2018 01:15
Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşıb
Foto: RİA "Novosti"

Bakı. 2 yanvar. REPORT.AZ/ Rusiyada 2018-ci ilin 1 yanvarından 5-ci dərəcəli avtomobil benzini və dizel yanacağının aksiz (çox işlənən malların üzərinə qoyulan vergi) payları bahalaşıb.

"Report"un məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Qeyd edilir ki, 5-ci dərəcəli benzinin payı 2017-ci illə müqayisədə 10,7% artıb və bir tonun qiyməti 11,213 min rubl təşkil edəcək.

Dizel yanacağı aksizinin payı 12,7% - 7,665 min rubla qədər bahalaşıb.

Yanacağın bu növlərinin pay artımının ikinci mərhələsi 2018-ci ilin 1 iyulunda nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi