Rusiyada baş vermiş yol qəzasında 7 nəfər xəsarət alıb

Rusiyada baş vermiş yol qəzasında 7 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Digər ölkələr
3 Fevral , 2017 06:47
Rusiyada baş vermiş yol qəzasında 7 nəfər xəsarət alıb

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyada yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" ağentliyi xəbər verib.

Məlumata görə, hadisə Şərqi Sibirdə, Çita şəhərində qeydə alınıb. Belə ki, "Qazel" avtomobilinin elektrikötürücü xəttinə çırpılması nəticəsində sürücü və 6 sərnişin xəsarət alıb.

DİN-in mətbuat xidmətinin xəbərində bildirilir ki, qəzaya sürücünün sərxoş olması səbəb olub. Spirtli içki qəbul etmiş sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib.

Qəza zamanı xəsarət almış 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi