Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb

Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır
Digər ölkələr
22 Aprel , 2017 08:24
Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" Rusiya Təhqiqat Komitəsinin region üzrə Təhqiqat İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Tomsk vilayətinin Zıryansk kəndində, xüsusi evdə baş verib. Ölənlərdən birinin kişi, digərinin qadın olduğu bildirilir. Yanğın zamanı ölmüş üçüncü meyitin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi