Rusiyada baş vermiş avtomobil qəzasında 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Rusiyada baş vermiş avtomobil qəzasında 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb Minik avtomobilinin sürücüsü və daha 2 sərnişini hadisə zamanı ölüb
Digər ölkələr
4 Yanvar , 2017 18:21
Rusiyada baş vermiş avtomobil qəzasında 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Rusiyanın Tümen vilayətində yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumata görə, hadisə yanvarın 4-də, vilayətin Tovolsk rayonunda, Tümen-Xantı-Mansiysk avtomobil yolunun 157 kilometrliyində qeydə alınıb. Belə ki, sərnişin avtobusu minik avtomobili ilə toqquşub və zərbədən yolun kənarında böyrü üstə aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Qəza zamanı ölənlər minik avtomobilinin sürücüsü və 2 sərnişindir. Hadisə zamanı avtobusun da 15 sərnişini xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi