Rusiyada ağır yol qəzası baş verib: 7 ölü

Rusiyada ağır yol qəzası baş verib: 7 ölü Qəza zamanı habelə bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
10 Dekabr , 2016 23:20
Rusiyada ağır yol qəzası baş verib: 7 ölü

Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın Orenburq vilayətində ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qəza zamanı 7 nəfər ölüb.  

"Vilayətin şose yolunda 3 avtomobil toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb" – deyə mənbə bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə isə, Lılov Qaysk qəsəbəsi yaxınlığında baş vermiş hadisə zamanı 4 avtomobil toqquşub. Hadisə zamanı 3 kişi və 4 qadın həlak olub. 

Qəza zamanı habelə bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaqlar da var. 

Son xəbərlər

Orphus sistemi