Yuxarı
    Bağlamaq

    Rusiyada 99 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

    Onların vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir

    Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində 99 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, onların vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir.

    "Krasnodar şəhərində yerli firmalardan birinin 99 əməkdaşı kəskin bağırsaq infeksiyasıyla xəstəxanaya yerləşdirilib", - deyə Səhiyyə Nazirliyi mətbuat xidmətindən bildirilib.

    Nazirliyin məlumatına görə, bütün zərər çəkənlər regional səviyyədə lazımlı tibbi yardımla təmin edilib. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi