Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib

Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib Dağıntılar və tələfat barəsində məlumat verilmir
Digər ölkələr
8 Sentyabr , 2016 01:12
Rusiyada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiyaya məxsus Berinq adaları yaxınlığında, Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti xəbər yayıb

Məlumata görə, yeraltı təkanlar Nikolsk kəndindən 182 kilometr şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi