Yuxarı
    Bağlamaq

    Rusiyada 4 nəfər dəm qazından zəhərlənmədən ölüb

    Onlar qızdırıcı kimi istifadə edilmiş peçin dəm qazından zəhərləniblər

    Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyada iki uşaq və iki qadın dəm qazı ilə zəhərlənmədən öldü

    "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi Fövəladə Hallar Nazirliyinin Şimali Osetiya regionu üzrə mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə Vladiqafqazda baş verib.

    "İki və altı yaşlı iki uşaqlar, həmçinin onların anası və xalası dəm qazı ilə zəhərlənmədən ölüblər" – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

    Hadisə ilə əlaqədar təhqiqat yoxlaması təyin edilib. Bu haqda isə Rusiya Federasiyası İstintaq Komitəsinin respublika üzrə İstintaq İdarəsindən bildiriblər.

    "İlkin məlumata görə, onlar qızdırıcı kimi istifadə edilmiş peçin dəm qazından zəhərləniblər", - deyə xəbərdə bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi