​Rusiyada 3 jurnalist ekstremizmdə günahlandırılıb

​Rusiyada 3 jurnalist ekstremizmdə günahlandırılıb Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib
Digər ölkələr
31 İyul , 2015 03:51
​Rusiyada 3 jurnalist ekstremizmdə günahlandırılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Moskvanın Xamovniç Məhkəməsi RBK agentliyinin jurnalisti Aleksandr Sokolov, "Duel" ("Дуэль" ) qəzetinin keçmiş redaktoru Yuri Muxin və onun tanışı Valeri Parfyonovun həbsinə dair sanksiyalar verib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu haqda məhkəmənin mətbuat xidmətinin rəhbəri Vera Fokeyeva xəbər verib. Məhkəmə saxlanılan jurnalistləri ekstremizmdə günahlandırıb və onlar barəsində həbs qətimkan tədbiri seçib. 

"Onlar sentyabrın 22-dək həbsdə qalacaqlar", - V.Fokeyeva deyib.

Yerli KİV-lərin verdiyi məlumata görə, həbs olunanlar hakimiyyət dəyişikliyinin tərəfdarıdırlar.  

Son xəbərlər

Orphus sistemi