Rusiyada baş vermiş yol qəzasında 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb - FOTO

Rusiyada baş vermiş yol qəzasında 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb - FOTO Hadisə zamanı 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
4 yanvar 2017 16:56
Rusiyada baş vermiş yol qəzasında 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb - FOTO

Bakı. 4 yanvar. REPORT.AZ/ Rusiyada yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

Məlumata görə, hadisə Altay diyarının Kosixinsk rayonunda qeydə alınıb. Belə ki, "R-256" federal avtomobil yolunun 240-cı kilometrliyində 2 sərnişin avtobusu və 2 minik avtomobili toqquşub.

Qəza zamanı 13 nəfər xəsarət alıb. Onlardan 2-i ölüb, 11 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi