Rusiyada 17 mərtəbəli binanın yaxınlığında partlayıcı qurğu aşkarlanıb

Rusiyada 17 mərtəbəli binanın yaxınlığında partlayıcı qurğu aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Digər ölkələr
21 Mart , 2017 10:54
Rusiyada 17 mərtəbəli binanın yaxınlığında partlayıcı qurğu aşkarlanıb
Courtesy İmage

Bakı. 21 mart. REPORT.AZ/ Rusiyanın Tomsk şəhərindəki avtomobil dayanacaqlarından birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "TASS" məlumat yayıb.

Məlumatda bildirilir ki, partlayıcı qurğu 17 mərtəbəli binanın yaxınlığında tapılıb. "Təxminən saat 10 radələrində növbətçi hissəyə yaşayış evinin qarşısındakı avtomobil dayanacağında şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn ekspertlər onun təhlükəli olduğunu müəyyənləşdiriblər", - deyə mənbə bildirib.

Hüquq-mühafizə orqanları binanın sakinlərini təxliyə ediblər. Partlaayıcı qurğu xüsusi poliqona aparılaraq zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi