Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyada yeni raket əleyhinə müdafiə sisteminin (RƏM) elementləri sınaqdan keçirilir.
"Report" xəbər verir ki, bu barədə "Almaz-Antey" raket əleyhinə müdafiə konserninin rəhbəri Yan Novikov məlumat verib.
"Hazırda yeni raket əleyhinə müdafiə sistemi elementlərinin poliqon sınağı həyata keçirilir", – deyə Novikov bildirib.
Onun sözlərinə görə, 1990-cı ildə yaradılan RƏM sisteminin bir sıra parametrlərə görə dünyada analoqu yoxdur.