Yuxarı

​Rusiya yaxtası Şimali Koreya tərəfindən saxlanılıb

Gəminin neytral sularda saxlandığı bildirilir

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın "Vladivostok" xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi Primorski idmançılarının olduğu "Elfin" yaxtsının Koreya Xalq Demokratik Respublikasının Sahil Mühafizəsi heyəti tərəfindən saxlanıldığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yaxta sahildən 85 mil aralıda olub.

"Yaxtanı Sahil Mühafizəsi saxlayıb. Heyət üzvləri qaydasındadır", — deyə əməkdaş qeyd edib.

Primorski Yelkənli İdman Federasiyasının vitse-prezidenti Yevgeni Xromçenko öz "Facebook" səhifəsində məlumat verib ki, primorskili idmançıların olduğu yaxtanı Şimali Koreya bayrağı altında üzən gəmi saxlayıb və KXDR tərəfə aparıb.

Yaxtanın sahildən 85 mil məsafədə üzdüyü və ilkin olaraq neytral sularda olduğu, həmçinin hər hansı bir qaydanın pozulmadığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi