Rusiya XİN-dən Lavrov-Kuleba görüşü barədə yeni açıqlama

Rusiya XİN-dən Lavrov-Kuleba görüşü barədə yeni açıqlama Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.
Digər ölkələr
9 Mart , 2022 10:06
Rusiya XİN-dən Lavrov-Kuleba görüşü barədə yeni açıqlama

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib.

Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 10-da baş tutacaq.

“Biz danışıqlara hazırıq, lakin görüşü qiymətləndirmək üçün tələsməyə dəyməz”, - M.Zaxarova əlavə edib.

S.Lavrovun Türkiyəyə səfəri bu gün, martın 9-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi