Rusiya XİN: Türkmənistanla ikili vətəndaşlıq müqaviləsinin müddəti uzadılmayacaq

Rusiya XİN: Türkmənistanla ikili vətəndaşlıq müqaviləsinin müddəti uzadılmayacaq "Rəsmi Aşxabadın bu qərarına hörmətlə yanaşırıq"
Digər ölkələr
13 May , 2015 22:46
Rusiya XİN: Türkmənistanla ikili vətəndaşlıq müqaviləsinin müddəti uzadılmayacaq

Bakı. 13 May. REPORT.AZ/ Rusiya ilə Türkmənistan arasında 1993-cü ildə imzalanan ikili vətəndaşlığa dair müqavilənin müddəti 18 may 2015-ci il tarixində bitəcək və bu sənəd daha beş il müddətinə uzadılmayacaq.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-dən bildiriblər.

"Rəsmi Aşxabadın bu qərarına hörmətlə yanaşırıq. Çünkü Türkmənistan konstitusiyası ikili vətəndaşlıq institutunu qəbul etmir. Mayın 18-dən sonra Rusiya vətəndaşlığını əldə etmək istəyən hər bir Türkmənistan sakini bu ölkənin vətəndaşlığından çıxdığına dair arayış təqdim etməli olacaq", - deyə Rusya XİN-də qey ediblər.

Son xəbərlər

Orphus sistemi