Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib

Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib Beynəlxalq münasibətlərdə təhlükəli və aqressiv ritorikadan istifadə yolverilməzdir
Digər ölkələr
14 Oktyabr , 2017 01:13
Rusiya XİN-i Trampın İranla bağlı bəyanatını şərh edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın İranla nüvə sövdələşməsini istənilən vaxtda poza biləcəkləri ilə bağlı söylədiklərinə münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, XİN-in saytına yerləşdirilən məlumatda beynəlxalq münasibətlərdə təhlükəli və aqressiv ritorikadan istifadə edilməsinin yolverilməz olduğu qeyd edilir.

Bildirilir ki, "Rusiya Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) sadiqdir, onun qorunub saxlanmasında maraqlıdır və onunla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edəcək".

Moskva həmçinin HBFP-nin qalan digər iştirakçılarını da analoji şəkildə davranmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi