Yuxarı

Rusiya XİN-i İran üzərindən sanksiyaların götürülməsini alqışlayıb

Tehran və altılıq ölkələri nüvə proqramına dair öhdəliklərin yerinə yetirilməsinə sakit yanaşmalıdır

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiya Xarici işlər nazirliyi ABŞ ve Avropa İttifaqının İran üzərindən sanksiyaları götürməsini alqışlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, nazirliyin "Facebook" səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, həm rəsmi Tehran həm də "altılıq" (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin ) ölkələri İranın nüvə proqramına dair öhdəliklərin yerinə yetirilməsi məsələsinə "soyuqqanlı yanaşmalıdır".

Rusiya XİN-də qeyd ediblər ki, zənginləşdirilmiş uran Nüvə proqramına dair Fəaliyyət Planında nəzərdə tutulduğu kimi İranın xaricinə göndərilir: "Bu planın uğurlu tətbiqi beyəlxalq və regional təhlükəsizliyin qorunmasına da tövhə verəcək".

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi