Bakı. 4 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər nazirinin müavini Qennadi Qatilov bəyan edib ki, Suriya müxalifətinin Cenevrə danışıqlarını pozmaq cəhdi qəbuledilməzdir.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Q.Qatilov deyib ki, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını bəhanə gətirən müxalifətin Danışıqlar üzrə Ali Komitəsinin mövqeyi yanlışdır. “Söhbət bu ölkədə terrorizmlə mübarizədən gedir”, - deyə xarici işlər nazirinin müavini vurğulayıb.
Q.Qatilov hesab edir ki, Suriyada humanitar vəziyyətin ağırlaşmasına dair iddialar da əsassızdır.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Rusiyanı humanitar yardım maşınlarını bombalamaqda ittiham etmişdi.