​Rusiya XİN başçısı: "Suriyadaxili danışıqların növbəti mərhələsinin keçirilməsinə əsas var"

​Rusiya XİN başçısı: "Suriyadaxili danışıqların növbəti mərhələsinin keçirilməsinə əsas var" Sergey Lavrov BMT baş katibinin xüsusi təmsilçisinin başçılıq etdiyi komandanın fəaliyyətini "səmərəli" adlandırıb
Digər ölkələr
17 May , 2016 19:17
​Rusiya XİN başçısı: Suriyadaxili danışıqların növbəti mərhələsinin keçirilməsinə əsas var

Bakı. 17 may. REPORT.AZ/ "Suriyadaxili danışıqların növbəti raundunu keçirmək üçün əsas var". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cenevrədə keçirilən Suriyadaxili danışıqların növbəti mərhələsinə münasibət bildirərkən deyib.

O, BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi təmsilçisi Staffan de Misturanın başçılıq etdiyi vasitəçi komandanın səmərəli fəaliyyət göstərdiyini qeyd edib: "Suriyanı təmsil edən bütün tərəflərin BMT baş katibinin xüsusi təmsilçisi ilə konstruktiv əməkdaşlıq etməsi çərçivəsində növbəti görüşün keçirilməsinə əsas var".

Son xəbərlər

Orphus sistemi