Yuxarı
    Bağlamaq

    Rusiya vətəndaşları bu gündən Ukraynaya yalnız xarici pasportla daxil ola biləcək

    Diplomatik və xidməti pasporta malik Rusiya vətəndaşları əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcək

    Bakı. 1 Mart. REPORT.AZ/ Rusiya vətəndaşlarının Ukraynaya daxili pasportla girişini qadağan edən qərar bu gündən etibarən qüvvəyə minib.

    "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyuk hələ fevralın 3-də bildirmişdi ki, bundan sonra Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız xarici pasportla daxil ola bilər: “Biz daxili pasport və doğum haqqında şəhadətnamənin dövlət sərhədini keçmək üçün yetərli sayıldığı müddəanı ləğv etdik”.

    Diplomatik və xidməti pasporta malik olan Rusiya vətəndaşları isə əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi