Yuxarı

​Rusiya və Yunanıstan "Türk axını" qaz kəmərinin marşrutlarını müzakirə edib

Müzakirələr Vladimir Putin və Aleksis Sipras arasında baş tutub

Bakı. 20 İyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Yunanıstanın baş naziri Aleksis Sipras keçirdikləri görüş zamanı Rusiya qazının "Türk axını" qaz kəməri ilə nəqli marşrutlarını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən RİA "Novosti" məlumat yayıb.

"Vladimir Putinin Aleksis Sipras ilə görüşü zamanı energetika sahəsində layihələr, xüsusilə Rusiya qazının "Türk axını" qaz kəməri ilə nəqli marşrutları müzakirə olunub", — deyə Peskov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi