Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub İkitərəfli münasibətlər və Ukraynanın cənub-şərqindəki vəziyyət müzakirə olunub
Digər ölkələr
27 Noyabr , 2014 18:24
Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Ukrayna tərəfinin təşəbbüsü ilə Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət əsnasında ikitərəfli münasibətlər və Ukraynanın cənub-şərqindəki vəziyyət müzakirə olunub.

Ukraynanın bir sıra kütləvi informasiya vasitələri telefon danışığı zaman V.Putinin P.Poroşenkonu təhdid etdiyini yazıblar. Ancaq V.Putinin mətbuat katibi Dmitri Peskov bu informasiyanı təkzib edib və onu cəfəngiyat adlandırıb.  

Son xəbərlər

Orphus sistemi