Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüş Soçidə keçiriləcək

Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüş Soçidə keçiriləcək Dövlət başçıları Suriya münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər
Digər ölkələr
11 Dekabr , 2017 23:32
Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüş Soçidə keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriya münaqişəsinin həlli məsələsini müzakirə etmək üçün rusiyalı həmkarı ilə yenidən Soçidə görüşmək niyyətindədir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Bu gün biz Suriya məsələsinə, xüsusilə də Soçi görüşü zamanı qəbul olunan qərarlara toxunduq. Biz bundan sonra nə edə biləcəyimizi müzakirə etdik və qərara gəldik ki, bu proses üçün ikinci dəfə yenə Soçidə bir araya gələk və prosesin irəliyə aparılmasından ötrü hansı əlavə addımları ata biləcəyimizi müəyyən edək", — deyə Ərdoğan bildirib.

"Digər tərəfdən hesab edirəm ki, biz, Astana prosesinin zamin duran ölkəsi kimi Cenevrə danışıqlarına öz mühüm töhfəmizi verə biləcəyik", — deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi