Rusiya və Suriya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Suriya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər Rusiyanın xarici işlər naziri Sergey Lavrov və suriyalı həmkarı Feysəl Əl-Mikdad arasında telefon danışığı olub.
Digər ölkələr
31 Oktyabr , 2023 19:51
Rusiya və Suriya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və suriyalı həmkarı Feysəl Əl-Mikdad arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağı ətrafında baş verən hadisələr müzakirə olunub.

S.Lavrov bu münaqişə fonunda İsrailin Suriyaya hava zərbələri endirməsinin qəbuledilməz olduğunu bildirib.

XİN başçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında BMT Təhlükəsizlik Şurasının qərarlarının vicdanla yerinə yetirilməsinə sadiq olduqlarını bildiriblər.

Nəcməddin Quluzadə

Son xəbərlər

Orphus sistemi