Rusiya və Misir arasında aviareyslər bərpa edilir

Rusiya və Misir arasında aviareyslər bərpa edilir Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya və Misir arasında uçuşların bərpası məqsədilə sənədlər imzalanıb.
Digər ölkələr
15 Dekabr , 2017 20:04
Rusiya və Misir arasında aviareyslər bərpa edilir

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya və Misir arasında uçuşların bərpası məqsədilə sənədlər imzalanıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, söhbət Moskva ilə Qahirə arasında mütəmadi reyslərin bərpasından gedir.

Misirin mülki aviasiya naziri Şərif Fəthinin dediyinə görə, uçuşlara fevralın 1-dən start veriləcək: "Bəyan edirik ki, fevralın 1-dən Moskva ilə Qahirə arasında hava əlaqəsi artıq açıqdır".

Nazir deyib ki, gələn ilin aprelində tərəflər çarter uçuşların bərpasını müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi