Rusiya və İsrail liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiya və İsrail liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər Putin və Netanyahu terrorçuluğa qarşı mübarizədə qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər
Digər ölkələr
23 Dekabr , 2016 02:00
Rusiya və İsrail liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu telefon söhbəti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İki ölkə lideri terrorçuluğa qarşı mübarizədə bundan sonra da qarşılıqlı fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi