Suriyada rejimin qırıcıları 12 mülki sakini öldürdü

Suriyada rejimin qırıcıları 12 mülki sakini öldürdü Bəşşar Əsəd və onu dəstəkləyən Rusiyaya aid qırıcıların Suriyanın İdlib şəhərinin mərkəzini bombalaması nəticəsində 12 mülki sakin ölüb, xeyli sayda dinc vətəndaş yaralanıb.
Digər ölkələr
3 Mart , 2020 15:53
Suriyada rejimin qırıcıları 12 mülki sakini öldürdü
google.az

Bəşşar Əsəd və onu dəstəkləyən Rusiyaya aid qırıcıların Suriyanın İdlib şəhərinin mərkəzini bombalaması nəticəsində 12 mülki sakin ölüb, xeyli sayda dinc vətəndaş yaralanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı mülki müdafiə təşkilatı yayıb.

Bildirilib ki, günorta saatlarında Bəşşar Əsəd rejiminə məxsus qüvvələr İdlib şəhərinin mərkəzi, Benniş bələdiyyəsi və Sehil Ruc rayonuna aid Udvan kəndinə hava hücumu təşkil edib. Nəticədə 4-ü uşaq olmaqla 9 mülki sakin, Udvan kəndinin top atəşinə tutulması nəticəsində isə 2 dinc sakin ölüb. Benniş bələdiyyəsini Rusiya qırıcılarının bombalaması nəticəsində də 1 mülki sakin ölüb.

Qeyd edək ki, 2018-ci il sentyabrın 17-dən indiyədək Bəşşar Əsəd rejimi və onu dəstəkləyənlərin İdlibə hücumu nəticəsində 1 800-dən çox mülki sakin ölüb. 2019-cu ilin yanvarından isə bu bölgədən köçənlərin sayı 1,9 milyonu ötüb. 

Son xəbərlər

Orphus sistemi